Putindən Priqojin haqda şok sözlər
408 views
Latest news
Rusiya prezidenti Vladimir Putin Tver vilayətində Yevgeni Priqojinin təyyarə qəzası ilə bağlı vəziyyəti şərh edib.
Oxu24.com xəbər verir ki,Rusiya Federasiyasının prezidenti Vaqner PMC-nin rəhbəri Yevgeni Priqojinin təyyarə qəzasını faciə adlandırıb. “Bu aviasiya qəzasına gəlincə, ilk növbədə bütün həlak olanların ailələrinə səmimi başsağlığı vermək istəyirəm”, - deyə Putin bildirib.
“Mən Priqojini çoxdan tanıyıram. 90-cı illərin əvvəllərindən. O, mürəkkəb taleyi olan insan idi. Və səhvlər etdi. Və istədiyi nəticəni aldı. O, istedadlı insan, istedadlı iş adamı idi. O, təkcə bizdə deyil, xaricdə, Afrikada da işləyib. O, neft, qaz, qiymətli metallarla işləyib”, - deyə Rusiya Federasiyasının prezidenti bildirib.
Putin deyib ki, Priqojin dünən Afrikadan yenicə qayıdıb və Rusiyada bəzi rəsmilərlə görüşüb.
“ Rusiya İstintaq Komitəsinin rəhbəri bu barədə mənə məlumat verib. Onlar bu hadisə ilə bağlı təhqiqata başlayıblar və bu araşdırma sona çatdırılacaq”, - deyə Rusiya prezidenti bildirib.
Putin sözlərini “Gəlin müstəntiqlər nə deyəcəklər”,- cümləsi ilə bitirib.
Müəllif: Miri Məcidli

Comments 0
Sign in to write a comment
No comments yet. Be the first to write one.