EN
Upload video

Prezident və xanımından idmançımıza təbrik

16 views Latest news
Prezident İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında 3-cü qızıl medalını qazanan Raman Salehi təbrik edib.

APA TV xəbər verir ki, bununla bağlı ölkə başçısı “Twitter”də paylaşım edib.
Paylaşımda bildirilir: ““Tokio-2020” Yay Paralimpiya Oyunlarında 3-cü qızıl medalını qazanan Raman Salehi bir daha səmimi qəlbdən təbrik edirəm!”

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Tokio-2020” Yay Paralimpiya Oyunlarında uğurlu çıxış edən Azərbaycan yığmasını və 3-cü qızıl medalını qazanan Raman Salehi təbrik edib.

Mehriban Əliyeva “İnstagram” səhifəsində etdiyi paylaşımında “Tokio-2020” Yay Paralimpiya Oyunlarında Azərbaycanın qızıl medallarının sayı 12-yə çatdı! Paralimpiyaçımız Raman Salehi 3-cü medalını qazanması münasibətilə təbrik edirəm! Azərbaycanı Paralimpiadada layiqincə təmsil edən milli yığmamıza səmimi-qəlbdən təşəkkür edir, bütün idmançılarımıza yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram!” - deyə yazıb.

Qeyd edək ki, Roman Saleh üzgüçülük yarışlarında üçüncü medalını qazanıb.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.