EN
Upload video

Polis mülki geyimdə reyd keçirir

14 views Latest news
Paytaxtda polis əməkdaşları mülki geyimdə ictimai nəqliyyatda kütləvi yoxlama-nəzarət tədbirlərini davam etdirir. Keçirilən tədbirlərdə tibbi maskadan istifadə etməyən, müəyən olunan norma və qaydalara əməl etməyən şəxslər barəsində inzibati tənbeh tədbirləri tətbiq olunur

Polis əməkdaşları tərəfindən virus riskinin yüksək olduğu, ictimai nəqliyyatda, taksilərdə, eləcə də digər qapalı məkanlarda sosial məsafənin gözlənilməsi, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin vacibliyi, yaxud düzgün istifadənin zəruriliyi barədə vətəndaşlara tövsiyələr verilir.

Qeyd edək ki, paytaxt, eləcə də digər rayon və şəhərlərdə karantin rejimi qaydalarına əməl olunmasını təmin etmək məqsədilə Daxili işlər orqanlarının əməkdaşları tərəfindən gücləndirilən nəzarət-profilaktik tədbirləri davam etdirilir.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.