EN
Upload video

Polis bu videodakı oğlanı araşdırır

743 views Latest news
Bakı Şəhər Baş Polis İdarəsi Elvin Süleymanlının Yasamaldakı əməliyyat zamanı saxlanılaraq təzyiqə məruz qalması ilə bağlı iddialarına münasibət bildirilib.

Oxu24.com xəbər verir ki, bu barədə Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-ın sorğusuna cavab olaraq məlumat verib.
O bildirib ki, Elvin Süleymanlının polis bölməsində təzyiqə məruz qalması iddiaları ilə bağlı xidməti yoxlama aparılır.

Qeyd edək ki, E.Süleymanlı dünən sosial şəbəkə vasitəsilə məlumat yayaraq, polis bölməsində beş saat döyüldüyünü iddia edib.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.