This video cannot be played right now.
Paytaxtda növbəti tikinti özbaşınalığı
422 views
Latest news
Pilot layihə icra edən şirkət vətəndaşların yolunu kəsib Paytaxtda qanunsuz tikililərlə bağlı problem hər kəsə məlumdur.
Məsələ ilə bağlı dövlət tərəfindən lazımi qərarlar verilsə də, problem öz həllini tapmır. Qanunsuz tikililərlə bağlı məsələ növbəti dəfə Yasamal rayonunda gündəmə gəlib. Rayonun Zahid Xəlilov küç. 36 ünvanında “Elite City” şirkəti tərəfindən tikinti işləri aparılır. Şirkətin yeni pilot layihəsi olan bu tikili həmin ərazidəki sakinlərə, onların hərəkətinə mane olur. Tikinti işləri şəhərin mərkəzi hesab olunan və insanların sıx yaşadığı ərazidə, yolun məhdudlaşdırılması hesabına aparılır. Belə ki, ərazidəki yaşayış massivində onsuz da dar olan yol yeni tikilinin başladılması ilə demək olar ki, tutulub və bu tikili əhalinin yaşayış massivinə giriş-çıxışına mane olur. Ərazidə aparılan tikinti zamanı yol verilmiş qanunsuzluqlar və yolun bir hissəsinin tutulması sakinlərin əsəb və gərginliyinə səbəb olur. Sakinlərin sözlərinə görə, əlavə tikili yaşayış massivinə gedən yolun üzərində tikilir. İnsanların sıx yaşadığı bu ərazidə yeni -18 mərtəbəli yaşayış binasının tikilməsi ilə hərəkət daha da məhdudlaşacaq.
Bu azmış kimi, şirkət binaya əlavə olaraq yeni obyekt tikir. Böyük insan kütləsinin hərəkətini təmin edən yolda hərəkət sözügedən şirkətin qanunsuz tikilisi ilə demək olar ki, məhdudlaşır. Yaxın binada yaşayan vətəndaşlar (Babək Kərimov, Seymur Kazımov, Akif Hüseynov, Əkbər Novruzov, Ədalət Xəlilov) deyirlər ki, bu özbaşınalığın və qanunlara hörmətsizliyin əlamətidir. “Şəhərin mərkəzində vətəndaşlara belə bir narahatlıq yaşatmaq olmaz. Bu çox pis presidentdir. Bu haldan sonra hərə öz binasının yanında olan yolun bir hissəsi qəsb etsə bütün yollar tutulacaq. Ən qısa vaxtda bu qanunsuzluğa son qoyulmalıdır”. Sakinlər deyirlər ki, hazırda yolda hərəkət etmək çətinləşib, bina tikildikdən sonra vəziyyət daha da dözülməz olacaq. Qanunsuz və standarlara uyğun olmayan tikili həm də insanların həyatını təhlükəyə salır. Vətəndaşların sözlərinə görə, təcili hadisələr zamanı da ciddi təhlükə yaranacaq. Maraqlıdır, yeni tikilinin və tikinti işlərinin insanların hərəkətinə mane olacağını şirkətin heç bir nümayəndəsi düşünməyib? Vətəndaşların Yasamal rayonu icra hakiməyyətinə müraciəti də cavabsız qalıb.
Ərazidə yaşayan sakinlər müvafiq icra hakiməyyiti orqanına müraciət etdiklərini deyir. “Biz Yasamal rayon icra hakimiyyətinə, FHN Nəzarət Departamenti, Arxitektura və Şəhərsalma Komitəsinə müraciət etmişik. Ancaq təəssüf ki, müraciətimizə nə rəsmi cavab verilib, nə də işlə bağlı əraziyə gəlib maraqlanan olub. Biz anlamıram ki, məmurlar orada nə üçün oturublar. Əgər biz vətəndaşları dinləmirlərsə biz sözümüzü kimə söyləyək?” Ümid edirik ki, aidiyyatı qurumlar bu məsələyə aydınlıq gətirəcək və vətəndaşların problemi həll olunacaq, “Elite City” şirkətinin özbaşınalığına son qoyulacaqdır.

Comments 0
Sign in to write a comment
No comments yet. Be the first to write one.