Paytaxtda daha bir ev çökdü
128 views
Latest news
Bakıda Yasamal rayonunda 2 mərtəbəli evin mətbəxi qəfil uçub. Hadisə zamanı mənzil sahibi evdə olub.
Qəzalı vəziyyətdə olan ikimərtəbəli evin mətbəxi qəfildən uçub. Hadisə zamanı ölən və xəsarət alan olmasa da mənzil sahibinə maddi ziyan dəyib.
Hadisə Yasamal rayonu, Əli bəy Hüseynzadə küçəsi, ev 10 ünvanında qeydə alınıb. Ev sahibi Hüseynağa Əsədullayevin sözlərinə görə, öt gün ailəsi evdə olduğu vaxt qəfildən evin mətbəxi uçaraq həyətyanı sahəyə və qonşunun mənzilinin damına düşüb.
Hadisə yerinə Bakı şəhər və Yasamal rayon İcra hakimiyyətlərinin nümayyəndələri də baş çəkiblər.Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Rüfət Əhmədovun sözlərinə görə, ev sahibi Hüseynağa Əsədullayev mənzilinin mətbəxinin qəzalı vəziyyətdə olması və oranı özünün şəxsi hesabı ilə təmir etməsi üçün bir neçə gün əvvəl birliyə məktubla müraciət edib. Bundan sonra Yasamal rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşın bu təklifinə müsbət rəy verilib. Ancaq yağan yağışdan sonra mənzilin mətbəxi uçub. Fərdi mənzil olduğuna baxmayaraq Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən Hüseynağa Əsədullayevə lazımi köməklik göstəriləcək.

Comments 0
Sign in to write a comment
No comments yet. Be the first to write one.