EN
Upload video

Paşinyan rejimi süquta uğrayır

125 views Latest news
Nikolun Ermənistanı süni nəfəs cihazına qoşulmuş xəstəni xatırladır
Ermənistana yoluxduğu gündən ölkənin hərarətini normal həddə saxlaya bilməyən, dövləti adət etdiyi küçə qanunları ilə idarə etməyə çalışan Nikol Paşinyan, Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilmiş Sammitində özünü növbəti dəfə biabır edib. Bir müddət əvvəl koronavirusa yoluxduğunu sonradan isə sağaldığını açıqlayan faşizm daşıyıcısı videokonfransa maska ilə qatılmaqla zavallı görkəmi alıb. Tibbi protokollara əsasən virusa yoluxub sağalmış adamın kimisə yoluxdurmaq riski yoxdur. Paşinyanın homo sapienslə ortaq cəhətləri az olduğu üçün ondan adekvat addım gözləməyə dəyməzdi. Əslində qərbdən dəstək almağa öyrəşmiş Nikol Şərq tərəfdaşlığına bel bağlamaq üçün mütləq maskalanmalı idi. Yəni kamera qarşısında taxılmış maska tibbi təyinatını dəyişərək baş geyiminə çevrilir. Bu Paşinyana mimikalarını gizlətmək və bığaltı yalanlarını rahat sırımaq şəraiti yaradır. Paşinyanın Ermənistanı süni nəfəs cihazına qoşulmuş xəstəni xatırladır. Nikol anlamalıdır ki, beynəlxalq siyasətin havası onun ciyərləri üçün deyil və taxdığı maska onu çox qorumayacaq.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.