EN
Upload video

Ölkəmiz üçün təhlükə yoxdur

2 views Latest news
Radiasiyanın təsiri hadisənin baş verdiyi ərazidə hiss oluna bilər

Ötən günlərdə Rusiyanın Severodvinsk şəhərində raket mərmisnin partlaması səbəbindən Şimal bölgəsində atmosferə daxil olan radiasiyanın həcminin 16 dəfə artdığı bildirilib.



Bəzi mənbələrdə radioaktiv buludun 6 gün ərzində Azərbaycan üzərindən uçması ehtimalı məlumatı alıb.



Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri Adil Qəribov bildirir ki, qonşu ölkədə radiasiya həcminin çox olması Azərbaycan üçün heç bir təhlükə yaratmır.



Rusiyanın “Rosatom” agentliyinin 5 əməkdaşının həlak olduğu, 3 nəfərin isə yaralandığı açıqlandığı halda, Müdafiə Nazirliyi partlayış baş verən zaman 2 nəfərin öldüyünü, 6 nəfərin isə yaralandığını açıqlamışdı.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.