EN
Upload video

Noyabrın ortalarına olan hava

23 views Latest news
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, noyabrın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.



Havanın temperaturu gecə 7-10°, gündüz 14-16° isti, Bakıda gecə 8-10°, gündüz 14-16° isti təşkil edəcək.



Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.



Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək.



Havanın temperaturu gecə 6-11° isti, gündüz 12-17° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti , gündüz 3-7° isti təşkil edəcək.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.