EN
Upload video

Neftçilər günü qeyd olunub

11 views Latest news
“Gülüstan” sarayında “Neftçilər Günü” peşə bayramı münasibətilə tədbir keçirilib. Tədbirdə Dövlət Neft Şirkətinin Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov SOCAR-ın prezidenti Rövşən Nəcəf, bp şirkətinin sabiq baş icraçı direktoru Lord Con Filip Braun, Equinor (keçmiş Statoil) şirkətinin Azərbaycan üzrə keçmiş prezidenti Tor-İvar Pedersen, bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz və digər rəsmi şəxslər iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən SOCAR-ın Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısı İlham Əliyevin "Neftçilər Günü" münasibətilə təbriklərini çatdırıb. İqtisadiyyat naziri Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən milli neft strategiyasının ölkəmizin beynəlxalq mövqelərini daha da möhkəmləndirdiyini, iqtisadiyyatın dayanıqlı inkişafına təkan verdiyini, əhalinin maddi rifah səviyyəsinin yüksəlməsində müstəsna rol oynadığını vurğulayıb.

Energetika naziri Pərviz Şahbazov ölkəmizdə neft hasilatının 63%-ni təşkil edən Azəri-Çıraq-Günəşli və əmtəəlik qazın, təxminən, 70%-nin hasil olunduğu “Şahdəniz” yataqlarından indiyə kimi 580 milyon ton neft, 43 milyon ton kondensat çıxarıldığını, 621 milyon ton neft-kondensat həcmlərinin ixrac olunduğunu vurğulayıb

Ümummilli Lider Heydər Əliyev tərəfindən 2001-ci ildə təsis olunan “Neftçilər Günü” münasibətilə təbriklərini çatdıran SOCAR-ın prezidenti Rövşən Nəcəf Azərbaycan neftçilərinin ölkəmizin dayanıqlı inkişafında mühüm rol oynadıqlarını vurğulayıb.

SOCAR-ın birinci vitse-prezidenti akademik Xoşbəxt Yusifzadə çıxışında Azərbaycan neft-qaz sənayesinin keçdiyi inkişaf yolundan, əldə olunan nailiyyətlərdən bəhs edib.

Tədbirdə “Heydər Əliyev İli” çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və SOCAR-ın birgə təşəbbüsü ilə Ulu Öndərin 100 illik yubileyinə həsr olunan poçt markalarının dövriyyəyə buraxılması məqsədilə markaların möhürlənməsi mərasimi keçirilib.

REAL

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.