EN
Upload video

MSK yeni tərkibdə ilk iclasını keçirib

120 views Latest news
Aprelin 27-də Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirildi. İclasda Milli Məclisin sədri Sahibə Qafarova da iştirak etdi.

İclası açan Sahibə Qafarova bildirdi ki, Azərbaycanın Demokratik İnkişafında seçkilər və ümumxalq səsvermələri mühüm rol oynayır. Onların qanunauyğun şəkildə hazırlanması və keçirilməsi də çox əhəmiyyətlidir.

Daha sonra İclasda təşkilati məsələlərə baxıldı. Məzahir Pənahov səsvermə ilə yenidən MSK sədri seçildi.

Digər səsvermələrlə Rövzət Qasımov isə yenidən MSK sədrinin müavini seçildi. Keçirilən iclasda Arifə Muxtarova və Mikayıl Rəhimov yenidən MSK katibi seçildi.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.