EN
Upload video

Misirli jurnalistlər Ağdama getdi

28 views Latest news
Misirli jurnalistlər Ağdama səfər edib. Vətən müharibəsindən sonra işğaldan azad edilən bu şəhərə ilk dəfə gələn xarici media nümayəndələri əvvəlcə cümə məscidinə baş çəkib. Misirli jurnalistlərə Ağdamın, eləcə də cümə məscidinin tarixi, işğaldan əvvəlki və sonrakı vəziyyəti ilə bağlı ətraflı məlumat verilib. Onlar cümə məscidində dualar oxuyaraq namaz qılıblar

Daha sonra Misirli media nümayəndələri ermənilər tərəfindən dağıdılan Pənahəli xanın imarəti ilə tanış olublar. İmarət qəbiristanlığı və ətrafdakı tarixi türbələrdə mövcud vəziyyəti lentə alan jurnalistlər erməni barbarlığının bir daha şahidi olublar.

AYMAN AMİR
JURNALİST

"İlk növbədə Azərbaycanın torpaqlarının azad edilməsinə görə sizi, rəhmətlə andığımız Heydər Əliyevin davamçısı ölkə rəhbəri İlham Əliyevi təbrik edirəm. Burdakı dağıntıları görəndə dəhşətə gəldim. İslam abidələrində, məscidlərdə törədilən vəhşilikləri, bu müqəddəs yerlərdə donuz saxlanılmasını biləndə çox pis oldum. Amma bütün bunlara baxmayaraq indi Qarabağda bərpa işləri görülür. ümid edirik yaxın gələcəkdə bura çox gözəl olacaq. böyük quruculuq işləri görülür. Biz istəyirik ki, Misir və azərbaycan arasında əlaqələr daha da inkişaf etsin"


MAHMUD DİAB
JURNALİST

"Mən 10 ildən çoxdur azərbaycan haqqında yazıram. Qarabağa gəlmək mənim üçün bir xəyal, arzu idi. İndi burda olduğuma inana bilmirəm. Mən 44 günlük müharibə zamanı hadisələri izləyirdim. Amma burdakı vandallığı gözümlə görənə qədər təsəvvür edə bilməzdim. Bu cür vəhşilikləri, dağıdılmış evləri, abidələri görəndən bəri özümə gələ bilmirəm. Məsciddə heyvanlardan qalan natəmizlikləri gördüm, inanmaq çətindi. Mən Qarabağda minatəmizləmə, bərpa işlərini görmüşəm. Bu işləri görən adamlar böyük ürəyə sahib insanlardı, onları alqışlayıram. Arzu edirəm Qarabağa növbəti səfərimdə buranın yalnız gözəlliklər və insanlarla qaynamasının şahidi olarıq"

BAHJAT ELVAKİL
JURNALİST

"Mən Azərbaycan xalqının çox mehriban və qonaqpərvər olduğunu bilirəm. Amma bura gələndə burda xarabaya çevrilən şəhərləri, evləri görəndə çox təəssüfləndim. Dağıdılmış məscidləri, mədəni abidələri görəndə bu qədər vandallığın necə törədildiyini düşünürəm. Mən Azərbaycandakı tolerantlığı çox yüksək qiymətləndirirəm. Burda dinlər arasında heç bir ayrıseçkilik yoxdur. Bu çox gözəl haldı. 30 ildən sonra azərbaycan Qarabağda bərpa işlərinə başlayıb yeni yollar çəkilir, beynəlxalq aeroportlar tikilir. Binalar, məscidlər bərpa edilir, bütün bunlar çox sevindiricidir"

Qeyd edək ki, Ağdam səfərindən əvvəl misirli jurnalistlər Cəbrayıl, Füzuli və Şuşada olublar. Onlar Misirə qayıtdıqdan sonra çalışdıqları xəbər agentliklərində və mətbuat orqanlarında erməni vandallarının törətdikləri vəhşiliklər haqqında silsilə reportajlar hazırlayaraq Azərbaycan həqiqətlərini çatdıracaqlarını bildirib.

REAL

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.