EN
Upload video

Misirdə 4400 illik tapıntı

52 views Latest news
Misirdə heykəllər və heroqliflərlə bəzədilmiş 4400 illik məzar aşkarlanıb.

“Qafqazinfo” “Sky”a istinadən xəbər verir ki, məzar paytaxt Qahirənin cənubundakı Sakkara bölgəsində yerləşir.

Antik Əsərlər Ali Qurumunun baş katibi Mustafa Vəziri bildirib ki, qazıntı sahəsi genişləndiriləcək. Bu sayədə daha çox maddi sübutların tapılması gözlənilir.

10 metr uzunluğu, 3 metr eni və 3 metr hündürlüyü olan məzarın firon Neferirkara Kakainin hökmdarlığı dövrünə aid olduğu ehtimal edilir.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.