''Mingəçevir'' qarət olunub
7 views
Latest news
Mingəçevirdə qəzet redaksiyasından oğurluq olub.
Xezerxeber.az-ın məlumatına görə, qarətçilər pəncərəni sındıraraq ''Mingəçevir'' qəzetinin redaksiyasına daxil olublar. İçəri daxil olan şəxs və ya şəxslər oradan 2 noutbuk götürüblər, 1 komputer prosesorunu isə yararsız vəziyyətə salıblar. Ümumilikdə qəzetə 1800 manatdan artıq ziyan dəyib. Verilən məlumata görə, oğurlanan avadanlıqların yaddaşında qəzetə məxsus sənədlər, qəzetin növbəti nömrəsi üçün olan materiallar saxlanılıb. Hazırda redaksiyada iş prosesi dayanıb.
Faktla bağlı polisə məlumat verilib, araşdırma aparılır.

Comments 0
Sign in to write a comment
No comments yet. Be the first to write one.