EN
Upload video

Milli Məclisdən vacib qərar

2 204 views Latest news
Milli Məclisin plenar iclasında "Əmanətlərin tam sığortalanması haqqında" Qanuna dəyişiklik birinci oxunuşda müzakirəyə çıxarılıb.

XəzərXəbər xəbər verir ki, qanun layihəsində əmanətlərin tam sığortalanması müddətinin 9 ay, bu il dekabrın 4-dək uzadılması nəzərdə tutulur.

Qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov bildirib ki, müddətin 9 ay uzadılması heç bir nəticə verməyəcək: "Burada Prezidentə müraciət edirəm ki, bu qanun layihəsinin müddəti ən az 3 il uzadılsın. Komitədə müzakirələr olmadığı üçün bu məsələni qaldıra bilməmişəm. Amma bu, çox ciddi məsələdir. Hazırda sənədə təklif olunan 9 ay müddəti heç bir nəticə verməyəcək. Bu, insanlarımızda müəyyən anlaşılmazlıqlar yaradacaq”.

Komitəsinin sədri Tahir Mirkişili deyib ki, qanun əsas məqsədi əmanətlərin qorunması ilə bağlıdır: "Bu nə dollar, nə də əmanətlərin başqa valyutaya çevrilməsi ilə əlaqədardır. 9 ay həm də ona görədir ki, ilin sonuna qədər əhatə etsin, sonra yeni mexanizmlər qurulacaq. Əmanətlərin orta müddəti 1 ildir. Odur ki, müddətin 9 ay uzadılması keçərlidir".

Məsələ müzakirə olunduqdan sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.