EN
Upload video

Məşhurların villaları külə döndü

50 views Latest news
Çilinin Valparaiso şəhərində baş verən yanğınlar nəticəsində aralarında bahalı mülklər də olmaqla yüzlərlə ev kül olub.

Anews.az Publika.az-a istinadən xəbər verir ki, yanğın meşəlik ərazidə başlayıb və qısa müddət ərzində yaşayış məntəqəsinə yayılıb. Yanğınsöndürənlərin səyinə baxmayaraq, alovun yayılmasının qarşısını almaq hələlik mümkün olmayıb. Azı 120 hektar ərazi kül olub. Evləri yanan sakinlər arasında yerli tanınmış simalar da var. Xilasedicilər yüzlərlə sakini təxliyə edib. Bəzi mənbələr tələfatın olduğunu irəli sürsə də, rəsmi dairələr hələlik məlumatı təsdiq etməyib.
Polisin ehtimalına görə, yanğın qəsdən törədilib.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.