EN
Upload video
Məktəbin yeməkxanasında mini bar aşkar edildi

This video cannot be played right now.

Məktəbin yeməkxanasında mini bar aşkar edildi

985 views Latest news
Saratov vilayətinin Yerşov şəhərinin məktəb yeməkxanasında yoxlama zamanı mini bar aşkar edilib.

Gundem.az xarici KİV-ə istinadla məlumat verir ki, Xalq Cəbhəsinin ekspertləri Yerşovdakı 1 saylı məktəbdə isti yeməklərin təşkilini yoxlamaq qərarına gəliblər. Sanitariya normalarına, sənəd dövriyyəsi qaydalarına riayət edilməməsi, o cümlədən məhsulların üzərində markalanmaması ilə bağlı pozuntularla yanaşı, güclü içkilər də aşkar edilib.

“Başqa bir soyuducunu açaraq orada müxtəlif spirtli içkilər olan əsl bar gördük. Biz illərdir belə bir şey görməmişdik! Nə iaşə məntəqəsinin işçiləri, nə məktəb rəhbərliyi, nə də rayon rəhbərliyi bu mövzu ilə bağlı bizə aydın münasibət bildirmədi. Lakin onların söyləyəcəkləri, fikrimizcə, artıqdır!” – Xalq Cəbhəsinin regional qərargahının həmsədri Nataliya Kriventsova deyib.

Eyni zamanda, ekspertlər məktəblilərin naharında toyuq əti tapa bilməyiblər, sənədlərə görə, yemək üçün təxminən 15 kiloqram alınmalı idi. Bundan əlavə, güzəştli yemək hüququ olan məktəblilərin valideynləri bundan kütləvi şəkildə imtina ediblər.

Krventsova əlavə edib ki, yoxlamadan sonra vilayət prokurorluğuna və vilayət Təhsil Nazirliyinə müvafiq məktublar göndərilib.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.