Kritik görüş başladı: Putin və Ərdoğandan ilk açıqlama
79 views
Latest news
Kremldə prezidentlərin təkbətək görüşü başlayıb.
Putin görüş öncəsi açıqlamasında bildirib ki, İdlibdəki vəziyyət kəskinləşib və bizim birbaşa müdaxilə etməyimizi tələb edir.
"Suriyada həyatını itirən Türkiyə əsgərlərinə görə başsağlığı veririəm. Telefon danışığında da dediyim kimi, heç kim türk hərbçilərinin vurulan bölgədə olduğunu bilmirdi. Təəssüf ki, Suriyanın da itkiləri var. Onlar son vaxtlar çox ciddi itkilər veriblər", – Putin bildirib.
Putin çıxışında Moskvanın Ankara ilə münasibətləri qiymətləndirdiyini deyib.
"Sizinlə bu gün gərginləşən bütün vəziyyəti mütləq müzakirə etməliyik ki, heç nə təkrarlanmasın və Rusiya-Türkiyə münasibətlərinə zərər vurmasın. Mən bilirəm ki, siz də çox diqqətlisiniz, bunu qiymətləndiririk”.
Ərdoğan isə öz növbəsində qəbul edəcəkləri qərarların bölgədə sabitliyə aparacağını ümid etdiyini vurğulayıb:
"Bölgədə ciddi problem mövcuddur. Bu gün burada atacağımız addımlar həm bölgəni, həm də ölkələrimizi rahatladacaq. Türkiyə-Rusiya əlaqələrinin yüksək səviyyədə olduğu dövrü yaşayırıq. İstər müdafiə sənayesində, istərsə də ticarət əlaqələrində əməkdaşlığımız irəliləyib. Və bu əlaqələri daha da inkişaf etdirmək bizim ən başlıca məqsədimizdir. Mən bunun öhdəsindən gələcəyimizə inanıram”.

Comments 0
Sign in to write a comment
No comments yet. Be the first to write one.