EN
Upload video
Kriminal avtoritet Həsənov saxlanılıb

This video cannot be played right now.

Kriminal avtoritet Həsənov saxlanılıb

255 views Latest news
Gundem.az -ın xarici mediaya istinadla xəbərinə görə, hadisə Proezjaya küçəsində yerləşən “Xəzər” kafesinin yaxınlığında baş verib. Həmin şəxslə “Mercedes” markalı avtomobildə onu müşayiət edənlər olub. Əməliyyat çərçivəsində ümumilikdə 4 nəfər saxlanılıb.

“Onların avtomobilindən “Makarov” tapançasına bənzər bir neçə sənədsiz əşya aşkar edilib”, - məlumatda vurğulanır

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən bir sıra zəruri ekspertiza və yoxlamalar aparılır. Araşdırmanın nəticələrinə əsasən lazımi tədbirlər görüləcək.

Həsənov əvvəllər də quldurluq cinayətinə görə məhkum olunub. O, cəzasını çəkərkən kriminal avtoritet statusu alıb. Azadlığa çıxandan sonra tez-tez hüquq-mühafizə orqanlarının əməkdaşlarının diqqətinə düşüb.

Marsel Həsənovun çeçen “qanuni oğru” Əhməd Şalinski ilə əlaqəsinin olduğu iddia edilir.

Lent.az

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.