EN
Upload video

Kassir qadın həbs edildi

124 views Latest news
Yenilik.az xəbər verir ki, Şəmkir rayonundakı “Zirvə” marketdə yarım milyon manatdan çox pulun mənimsənilməsinə görə şübhəli bilinən kassir Laura Əliyeva həbs edilib.
2021-ci ilin sentyabrında mənimsəmə ilə bağlı hüquq-mühafizə orqanlarına təqdim etdiyi faktların araşdırılmadığını deyən market sahibi Ramin Əliyev bildirib ki, artıq kassir saxlanılıb.
R.Əliyevin sözlərinə görə, audit yoxlaması nəticəsində 539 min 222 manatın mənimsənilməsi faktı ilə bağlı bu ilin aprel ayında cinayət işi başlanılıb:
“Müraciətimdən sonra baş prokuror Kamran Əliyev məni qəbul etdi. Dekabrın 16-da istintaqın təqdimatı ilə Laura Əliyeva Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildi”.
Qeyd edək ki, R.Əliyev daha öncəki müraciətində pulların mənimsənilməsinin qeydə alındığını bildirdiyi videogörüntüləri təqdim edərək işin Baş Prokurorluq tərəfindən nəzarətə götürülməsini xahiş etmişdi. İşlə bağlı Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzi tədqiqat apararaq mağazadan 451 000 manat mənimsəmə olmasına dair iki dəfə rəy verib.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.