EN
Upload video

İran dəhşət içində: 4-5 şəhərdə partlayış olub

217 views Latest news
İranın bəzi hərbi və sənaye obyektlərində partlayış və yanğınlar var.
Yenilik.az xəbər verir ki, əvvəlcə İsfahanda mərmi və ya dron (yaxud hər ikisi) istehsal edən müəssisədə partlayış olub.

İran Müdafiə Nazirliyi açıqlama yayıb ki, yanvarın 28-də yerli vaxtla saat 23:30-da İİsfahan şəhərində Müdafiə Nazirliyinə məxsus zavoda dron hücumu olub.

Müdafiə Nazirliyinin iddiasına görə, dronlardan biri hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib, digəri isə HHM-in “tələsinə” düşərək partlayıb.

Qurum itkilərin olmadığı və zavoda “əhəmiyyətsiz” ziyanın dəydiyini desə də, sosial şəbəkələrdə zavodda baş verən partlayışın miqyasının böyük olduğu məlum olub.

Təbriz yaxınlığındakı Azərşəhrdə mühərrik yağı hazırlanan müəssisə də yanğın baş verib.

Xoy, Həmədan, Kərəc şəhərlərində də partlayışlar olub.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.