EN
Upload video

İnternet kəsildi, ölənlər var - İranda vəziyyət ciddiləşir

10 views Latest news
Ötən həftənin sonunda İranda benzinin bahalaşmasına etiraz olaraq başlayan etirazlarda biri polis olmaqla üç nəfər həlak olub.



Nümayişlər zamanı 1000 nəfərin saxlanıldığı bildirilib.



Ölüm hadisələri Kirmanşah və Sircan şəhərlərində qeydə alınıb.



İran Təhlükəsizlik Şurasının ölkədə internetin dayandırılması təlimatından sonra Telekommunikasiya Nazirliyi vətəndaşların internetə girişinin 24 saat əngəllənməsi barədə qərar verib.



İran hökumətinin benzinin qiymətini 50% bahalaşdırması qərarından sonra ölkənin onlarla şəhərində və Güney Azərbaycanda kütləvi etiraz aksiyaları başlayıb.



Aksiyaların geniş vüsət almasından sonra açıqlama verən ölkənin dini lideri Əli Xameneyi hökumətin qərarını dəstəklədiyini bildirib. Etirazları kəskin şəkildə pisləyən Xameneyi etirazçıları "xuliqan” adlandırıb./teleqraf

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.