İlham Əliyev litvalı naziri qəbul etdi
41 views
Latest news
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Litva Respublikasının xarici işlər naziri Qabrielius Landsbergisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Unikal.org xəbər verir ki, görüşdə Azərbaycan-Litva ikitərəfli münasibətləri, regional təhlükəsizlik məsələləri müzakirə olundu. Dövlətimizin başçısı 30 ilə yaxın müddətdə Ermənistanın Azərbaycan torpaqlarının işğalı və postmüharibə dövründə yaranmış vəziyyətlə bağlı ölkəmizin mövqeyini çatdırdı.
Söhbət zamanı Azərbaycan Respublikası - Avropa İttifaqı əməkdaşlığı məsələləri müzakirə edildi və Azərbaycan Respublikası - Avropa İttifaqı arasında yeni saziş layihəsi üzrə danışıqların tezliklə yekunlaşacağına ümidvarlıq ifadə olundu.

Comments 0
Sign in to write a comment
No comments yet. Be the first to write one.