EN
Upload video

İki əmioğlu qızı bağ evinə apararaq...

431 views Latest news
Dənizlidə 24 yaşlı bir gənc qadın zorla aparıldığı bağ evində iki şəxs tərəfindən döyülüb, cinsi istismara məruz qalıb. Səyyar Tv İHA-ya istinadən xəbər verir ki, hadisə Dənizlinin Buldan qəsəbəsində baş verib. İddialara görə, Onur və Ercan adlı əmioğlu olduqları deyilən şəxslər, keçən həftə tanışları olduğu deyilən Nihan adlı qızla görüşüblər. Sonra Nihanı bağ evlərinə dəvət ediblər. Qızı bağ evində soyunduran Onur və Ercanın onunla zorla cinsi əlaqədə olduqları iddia edilir. Şübhəlilərin qızı 4 saat boyunca zorladıqları bildirilir. Heç kimə bir kəlmə də bu barədə deməyəcəyinə söz verdikdən sonra, qızı Onur və Ercan heç bir şey olmamış kimi sərbəst buraxaraq həyatlarına davam ediblər. Hadisənin səhəri polisə gedən Niham, şikayət edib. Polislər əmioğlanlarını saxlayıb. İstintaq gedir.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.