EN
Upload video

Heydər Əliyevin 100 illiyi qeyd edilib

42 views Latest news
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Naxçıvanda "Kardiologiya və kardiovaskulyar cərrahiyyədə yeniliklər" mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib. Konfrans Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, Naxçıvan Baş Gömrük İdarəsinin və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə baş tutub. əvvəlcə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub, xatirəsini yad ediblər.

Daha sonra isə Heydər Əliyev Muzeyi ziyarət edilib. Konfransda Çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov bildirib ki, gömrük orqanları ulu öndərin 100 illiyi münasibətilə bir sıra sosial, mədəni kütləvi tədbirlər keçirir və Naxçıvanda baş tutan bu elmi konfrans da tibb sahəsində faydalı müzakirələrin, fikir mübadiləsinin aparılmasına şərait yaradacaq. digər çıxış edənlər Heydər Əliyevin ölkəmiz, xalqımız qarşısındakı müstəsna xidmətlərindən, tibb sahəsinin inkişafı istiqamətində atdığı addımlardan bəhs ediblər. daha sonra “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı videoçarx nümayiş etdirilib. konfrans panel müzakirələrlə davam edib.

REAL

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.