Hər an aşabiləcək Türkan avtobusu
20 771 views
Latest news
YPX.AZ qaynar xəttinə onlarla insanın həyatı təhlükədə olan videogörüntü göndərilib. 101 nömrəli marşrut xətti üzrə fəaliyyət göstərən 10 TF 266 dövlət qeydiyyat nişanlı Türkan qəsəbəsinə gedən avtobusun sanki iki təkəri havada, iki təkəri asfaltdadır. Avtobusun asqı sisteminin nasaz olması açıq-aşkar görünür. Bu cür nasazlıqlar hər gün yüzlərlə sərnişin daşıyan avtobusda böyük faciələrə səbəb ola bilər. Videogörüntüyə baxdıqca insan onun hər an aşa biləcəyindən qorxur.
Comments 0
Sign in to write a comment
No comments yet. Be the first to write one.