EN
Upload video
General və arvadı evində ölü tapılıb

This video cannot be played right now.

General və arvadı evində ölü tapılıb

185 views Latest news
Rusiyanın Stavropol diyarında 6-cı Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Ordusunun keçmiş komandanı, general-leytenant Vladimir Sviridov ölü tapılıb.

Cebhe.info xəbər verir ki, bu barədə “RİA Novosti” və “Kommersant” məlumat yayıb.

KİV-in məlumatına görə, generalın meyiti evində tapılıb, ehtimal ki, zorakılıq əlamətləri yoxdur. Onun yanında bir qadının cəsədi olub. Məlumata görə, bu, onun həyat yoldaşı olub. Onlar bir həftə əvvəl ölüblər.

Media onların ölümünün versiyalarından birini dəm qazından zəhərlənmə ilə əlaqələndirin, lakin otaqda artıq dəm qazının əlaməti tapılmayıb.

İstintaqı FSB-nin regional idarəsi aparır.

Sviridov 2005-2009-cu illərdə Rusiya Hərbi Hava Qüvvələrinin 6-cı Ordusuna və Hava Hücumundan Müdafiəsinə komandanlıq edib. General-leytenant rütbəsi ilə təqaüdə çıxdı. O, "Hərbi xidmətlərə görə" Qırmızı Ulduz ordeni ilə təltif edilib və "Rusiyanın Əməkdar Hərbi Pilotu" adına layiq görülüb.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.