EN
Upload video

General şok detalı açdı

340 views Latest news
Generalın döyüş nöqtələrinə yaxın ərazilərdə fəaliyyət göstərməsi şəxsi heyətin idarə edilməsi, döyüş şəraitinin düzgün qiymətləndirilməsi və qərarların düzgün qəbul edilməsi baxımından önəmlidir.

Oxu24.com-un xəbərinə görə, bu fikirləri Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant İlham Mehdiyev generalların müharibə zamanı döyüş nöqtələrinə yaxın ərazilərdə yerləşməsi ilə bağlı suala cavab verərkən deyib.

Onun fikrincə, generalı döyüş nöqtələrinə yaxın olması həm də şəxsi heyətdə ruh yüksəkliyi yaradır: "Mənim döyüş əməliyyatları rayonunda olmağım, bilavasitə idarəetməni yaxın məsafədə həyata keçirməyim əməliyyatları düzgün, itkisiz aparmağım üçün zəruri idi və nəticədə uğurlara səbəb olurdu. Telefonla məlumat alaraq qərar qəbul etmək isə çətinlik yarada bilərdi. Hesab edirəm ki, general olaraq, Dövlət Sərhəd Xidməti rəisinin müavini olaraq bu ərazilərdə şəxsi heyətin yanında olmuşdum".

Xezerxeber.az general-leytenant İlham Mehdiyevin açıqlamasını təqdim edir:

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.