EN
Upload video

Gəncədə Heydər Əliyevin xatirəsi anılıb

3 views Latest news
Gəncə Şəhər İcra Hakimiyyətinin, YAP Gəncə şəhər təşkilatçılığı və Gəncə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan siyasi sisteminin yaradıcısı ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar olaraq “Ulu Öndərin Gəncədəki izləri” adlı konfrans keçirilib.

Konfransda Şəhər rəhbərliyi,YAP Gəncə şəhər təşkilatının fəalları, Türkiyənin və Gürcüstanın Gəncədəki Baş konsulları Zeki Öztür, Nikolos İaşvili, şəhid ailələri, müharibə iştirakçıları və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib,məzarı önünə əklil qoyulub.

Daha sonra Heydər Əliyev Mərkəzində yerləşən Ulu Öndərin adını daşıyan muzeyə baxış keçirilib.

Rəsmi hissə Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə ümummilli lider Heydər Əliyevin şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bir qrup ziyalılar Ümumilli Liderlə Gəncədə olan görüşlərindən bəhs ediblər.

Tədbirdə Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar olaraq dahi şəxsiyyətin həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş olunub.

REAL

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.