FHN əhaliyə müraciət edib!
25 views
Latest news
44 günlük Vətən müharibəsinin başa çatmasına baxmayaraq, hərbi qarşıdurmanın əsas elementlərindən biri olan minalanmış sahələr problemi hələ də tamamilə aradan qaldırılmayıb. Təəssüflər olsun ki, azad olunan torpaqlarda ölən və yaralananların statistikası artmaqda davam edir. Həmin yerlərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi və zərərsizləşdirilməsi işində aktiv iştirak edən FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları əhalini daha diqqətli olmağa çağırırlar.
Unutmaq olmaz ki, sözügedən ərazilərdəki minaların hədəfi təkcə hərbiçilər deyil, həm də mülki əhalidir. Məhz buna görə də bəzən partlayıcı əşyalara ən gözlənilməz yerlərdə təsadüf olunur.
Xatırladaq ki, minalar və partlamamış sursatlar öz qurbanlarını seçmir. Onlar əsgəri də, uşağı da öldürür. Bunun üçün də işğaldan azad olunan ərazilərdə daha artıq ehtiyatlı olmaq lazımdır. Qeyd edək ki, minaxtarma işində xüsusi texnikadan, təlim keçilmiş itlərdən, eləcə də, əl əməyindən aktiv şəkildə istifadə olunur.
REAL

Comments 0
Sign in to write a comment
No comments yet. Be the first to write one.