EN
Upload video
FHN-dən əhaliyə müraciət!

This video cannot be played right now.

FHN-dən əhaliyə müraciət!

346 views Latest news
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib.

Gundem.az xəbər verir ki, müraciətdə deyilir:

Ətraflı
Ad - 00:03
"Respublikanın qərb bölgəsinə yağan intensiv yağışlarla əlaqədar Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində bir sıra fərdi yaşayış evləri və həyətyanı sahələr subasmaya məruz qalıb. Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi və Mülki müdafiə qoşunlarının qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, yaxın günlərdə hava şəraitinin qeyri-sabit keçəcəyini, bəzi ərazilərdə leysan xarakterli yağışlarla əlaqədar dağ çaylarından qısamüddətli sel və daşqın keçmə ehtimalını nəzərə alaraq müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır", - məlumatda qeyd olunub.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.