EN
Upload video

FHN 16 yaşında

3 views Latest news
Bu gün Fövqəladə Hallar Nazirliyinin yaradılmasından 26 il ötür. Bu münasibətlə Nazir Kəmaləddin Heydərov və yüksək rütbəli zabitlər Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, məzarın önünə əklil qoyublar.

Daha sonra görkəmli ovtolmoloq Zərifə Əliyevanın məzarı ziyarət olunub. Şəhidlər Xiyabanını ziyarət edən Nazirliyin nümayəndələri əbədi məşəl kompleksinin önünə əklil qoyublar.

Ziyarətdən sonra jurnalistlərə açıqlama verən nazir Kəmaləddin Heydərov, Fövqəladə Hallar Nazirliyinin fəaliyyət göstərdiyi illər ərzində ölkə üçün əhəmiyyətli işləri müvəffəqiyyətlə yerinə yetirdiyini deyib.

Nazir Azərbaycanın 44 günlük haqq savaşından da danışdı, bu gün Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında olduğunu bildirdi.

Fövqəladə hallar naziri mülk sahiblərinə də müraciət etdi. O, sahibkarları öz mülklərini sığortalamağa çağırdı:

"Ölkəmizdə bir neçə sığorta şirkəti var. Onların sığorta ilə bağlı məbləği də o qədər yüksək deyil. Dünya praktikası var. Buna hər bir vətəndaş əməl etsə heç bir problemimiz olmayacaq", deyə nazir vurğulayıb.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.