EN
Upload video

Ermənistanda konstitusion böhran gözlənilir

6 views Latest news
\"Ermənistanda hazırkı vəziyyətin yekun həll variantı - kimlərinsə bunu istəyib-istəməməsindən asılı olmayaraq, növbədənkənar parlament seçkilərinin keçirilməsidir\"

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu “Çarukyan” blokundan olan deputat Naira Zöhrabyan deyib.

“Ermənistanda hər an konstitusion böhran yarana bilər. Çünki parlamentdə bir partiyanın mütləq çoxluğunun şahidiyik, hökumətin rəhbəri və tezliklə, həmçinin nazirlər kabinetinin üzvləri də parlamentdəki azlığı təmsil edəcəklər\".

Zöhrabyanın fikrincə, növbədənkənar parlament seçkiləri keçirərək yaxınlaşan böhranın qarşısını almaqdan öncə, ilk növbədə seçki məcəlləsinə dəyişiklik edilməlidir.

Erməni deputat Respublikaçılar partiyasının biznes qanadının hakimiyyətin tərəfinə keçəcəyini də istisna etməyib.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.