Ermənistan vəziyyəti gərginləşdirir!
7 views
Latest news
Ermənistan hakimiyyəti Azərbaycanla sərhədyanı bölgələrdə təxribat xarakterli hərəkətlərə rəvac verməkdə davam edir. İstər Ermənistan silahlı qüvvələri, istərsə də Qarabağda yerləşən qanunsuz erməni hərbi birləşmələri hər gün mövqelərimizi atəşə tutur, yeni səngər yolları qazmağa cəhd göstərir. Azərbaycan Ordusunun bölmələri qarşı tərəfə layiqli cavabını verir. Ermənistanın attığı bütün bu addımlar onun yeni müharibəyə hazırlaşdığı göstərir.
Çünki, Ermənistat sistematik şəkildə Azərbaycanın sülh çağırışlarını sabotaj etməklə məşğuldur. Azərbaycan post-müharibə dövründə nümunəvi dövlətçilik örnəyi ortaya qoydu və regionda sülh və sabitliyə nail olmaq üçün Ermənistana barışıq əli uzatdı. Amma biz görürük ki, Azərbaycanın bu təklifləri Ermənistan tərəfindən qəbul edilmir.
Postmüharibə dövrünün ciddi sosial-iqtisadi fəsadları ilə üzləşən Ermənistan rəhbərliyi qış dövrünün başlaması ilə əlaqədar ölkədəki sosial-iqtisadi vəziyyətin daha da ağırlaşacağını dərk etdiyi üçün yenidən müharibə, qorxu, vahimə atmosferi yaratmağa, bununla ictimaiyyətin diqqətini ölkədaxili problemlərdən, ağır sosial çətinliklərdən yayındırmağa çalışır.
Görünən odur ki, Ermənistan dəmir yumruğun ağrısını unutmağa başlayıb. Eybi yox, törədilə biləcək istənilən təxribatda Azərbaycan Ordusu düşmənə layiqli cavabını verəcək. Ermənistan üçün yeganə çıxış yolu tez bir zamanda Azərbaycanla sülh müqaviləsini imzalamaqdır.
REAL

Comments 0
Sign in to write a comment
No comments yet. Be the first to write one.