EN
Upload video
Ermənilər yenə atəş açdı

This video cannot be played right now.

Ermənilər yenə atəş açdı

183 views Latest news
Dekabrın 15-i saat 20:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Zəngəzur rayonunun Qızılcıq yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən Gundem.az-a verilən məlumata görə, bundan başqa, dekabrın 15-i saat 20:10-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri də atıcı silahlardan atəşə tutulub.

Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.