EN
Upload video

Erməni səngərində döyüşərək şəhid olan igidimiz

8 316 views Latest news
44 Günlük Vətən müharibəsində igidlik göstərənlərdən biri də şəhid İsmayılov Veyis Əflatun oğludur. O, 1996-ci il fevralın 23-də Yevlax rayonunda anadan olub, ailənin sonbeşiyidir.

2001-2005-ci ildə Yevlaxda 9 saylı orta məktəbdə təhsil almağa başlayıb. 2006-cı ildə isə ailəsi ilə birlikdə Bakıya gələrək təhsilini Zabrat qəsəbəsi 307 saylı orta məktəbdə davam etdirib. 2014-cü ildə Qazax rayonunda hərbi xidmətdə olub.

“Report” xəbər verir ki, Vətən müharibəsində manqa komandiri kimi iştirak edən V.İsmayılov oktyabrın 13-də Suqovuşan istiqamətində ayağından qəlpə yarası alır və qanitirmədən şəhid olur.

Anası Zeynəb İsmayılovanın sözlərinə görə, oğlunun meyiti 35 gündən sonra tapılaraq noyabrın 17-si Bakıya gətirilərək dəfn olunub.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.