EN
Upload video

Ərdoğandan Sezen Aksuya sərt sözlər

181 views Latest news
“Həzrəti Adəmə uzanan dilləri qoparmaq bizim borcumuzdur”

Gundem.az TRT-yə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məşhur müğənni Sezen Aksunun “Şahane bir şey yaşamaq” mahnısında Adəm və Həvvanı “cahil” adladırmasından danışarkən deyib.


Cümə namazından sonra çıxış edən Ərdoğan bildirib ki, belə hallar yolverilməzdir:

“Təhqirlərin mini bir qəpik. O uzanan dilləri yeri gələndə qoparmaq bizim borcumuzdur. Həzrəti Adəm əfəndimizə kiminsə dili uzana bilməz. Həvva validəmizə kiminsə dili uzana bilməz. Onlara həddini bildirmək bizim borcumuzdur”.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.