EN
Upload video

Ərdoğan Bakıya gəlir

83 views Latest news
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 14-15 oktyabr tarixlərində Bakıya gələcək.

APA TV-nin məlumatına görə, bu barədə Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral məlumat verib: “Dövlət başçımız Azərbaycana səfəri zamanı qardaşı Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək”.

Diplomat ermənilərin işğal etdiyi ərazilərimizdə Azərbaycana aid mədəniyyət abidələrini məhv etməsini Türkiyənin mədəniyyət abidələrinin məhv edilməsi, dağıdılması kimi qəbul edildiyini bildirib: “Beynəlxalq qanunlara görə, Dağlıq Qarabağda Azərbaycana aid abidələrin məhv edilməsi cinayətdir. Həm Türkiyə, həm də Azərbaycan UNESCO başda olmaqla hüquqi müstəvidə buna qarşı mübarizə aparır”.

Xatırladaq ki, oktyabrın 14-ü və 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşü keçiriləcək.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.