EN
Upload video

Əmək mübahisələrinin həllinə dair müzakirə aparılıb

5 views Latest news
“Mediasiya prosesləri zamanı əmək mübahisələrinin uğurlu həllində dövlət orqanlarının və işəgötürənlərin rolu” adlı ictimai müzakirə təşkil edildi.

Müzakirə Ombudsman, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Birləşmiş Millətlər Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Komissarlığı və Mediasiya Şurasının birgə təşkilatçılığı ilə reallaşdı.

Görüşdə çıxış edən İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva əmək hüquqlarının müdafiəsi sahəsində Ombudsman təsisatının aktiv fəalliyyət göstərdiyini bildirdi.

Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov qeyd etdi ki, Şura fəaliyyətə başladığı gündən bu günədək Şuraya əmək mübahisələri üzrə 1302 iş daxil olub, bunlardan 205-i barışıq sazişi ilə nəticələnib və işlərin çoxu məhkəmələrə getməyib.

Odur ki, tərəflərdən mediasiya proseslərində iştirakını xahiş edən N. Adilov uğurlu mediasiya islahatlarının aparılmasında mediasiya prosesində, xüsusən əmək mübahisələrinin həllində hər iki tərəfin iştirakının zəruri olduğunu vurğuladı.

REAL

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.