EN
Upload video

Elə çək ki, Şuşa yazısı tam düşsün - Ərdoğan

3 views Latest news
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa qalasını ziyarət edərkən maraqlı anlar yaşanıb.

32gun.az xəbər verir ki, qala ərazisində foto çəkilişi zamanı Ərdoğan fotoqrafa müraciət edərək kadrda həm Şuşa yazısının, həm də qalanın tam görünməsini istəyib.

Türkiyə Prezidenti çəkiliş zamanı fotoqrafa “Elə çək ki, Şuşa yazısı da, qala da tam düşsün” məzmununda göstəriş verib.

Daha sonra Ərdoğanın diqqətini Şuşanın rəmzlərindən olan Xarıbülbül çiçəyi cəlb edib. O, çiçəklə maraqlanaraq onun haqqında suallar verib. Prezident İlham Əliyev isə Türkiyə Prezidentinə Xarıbülbülün xüsusiyyətləri və Şuşa üçün daşıdığı əhəmiyyət barədə məlumat verib.

İki dövlət başçısının tarixi Şuşa qalasındakı səmimi söhbəti və maraqlı dialoqu diqqət çəkib.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.