EN
Upload video

Əkrəm İmamoğlu barədə şok görüntüləri yayıldı - Oteldə...

3 views Latest news
Türkiyənin "Cumhuriyət Xalq partiyası”nın İstanbul üzrə namizədi Əkrəm İmamoğlu barədə yeni videogörüntülər yayılıb.



Türkiyənin "Sabah” qəzeti xəbər verir ki, İmamoğlu rəqibi Binəli Yıldırımla debatdan əvvəl verilişin moderatoru İsmail Küçükkaya ilə bir araya gəlib. Kadrlarda onların "The Marmara” otelində bir araya gəldiyi əks olunub. Görüş debatdan 3 gün əvvələ təsadüf edib və46 dəqiqə davam edib.



Qeyd edək ki, bu barədə xəbərlər yayılandan sonra CHP namizədi moderatorla görüşdüyünü təsdiq etmək məcburiyyətində qalmışdı. Lakin o, görüşün 2-3 dəqiqə davam etdiyini irəli sürmüşdü./Redaktor.az

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.