EN
Upload video

Əhaliyə xəbərdarlıq edildi

2 433 views Latest news
Milli Hidrometeorologiya Xidməti havanın dəyişəcəyi ilə əlaqədar xəbərdarlıq yayıb.

Xidmətdən Oxu24.com-a bildirilib ki, Bakıda mayın 1-i gündüz, Abşeron yarımadasında isə mayın 2-i arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında mayın 3-ü gündüzədək qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimal və qərb rayonlarında dolu düşəcəyi gözlənilir.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı ehtimal olunur.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.