EN
Upload video

Əfqanlar hava limanına axışır

47 views Latest news
"Taliban" radikal hərəkatı Əfqanıstanın bütün ərazisinə vəziyyətə nəzarəti ələ keçirdikdən sonra vətəndaşlar ölkəni tərk etməyə cəhd edirlər.

Bu məqsədlə minlərlə əfqan ölkə paytaxtı Kabilin yeganə hava limanına axışıb. Bununla yanaşı, “Tolo News”un məlumatına görə, Kabil hava limanında bütün kommersiya uçuşları dayandırılıb.

Qeyd edək ki, Kabil hava limanında helikopterlərin intensiv uçuşu səbəbindən xaos hökm sürür.

Hətta bir qrup insan Əfqanıstan paytaxtının yeganə hava limanında uçuş-eniş zolağına çıxdığından amerikalı hərbçilər havaya atəş açmaq məcburiyyətində qalıb.

"Qafqazinfo" Kabil hava limanında yaşayan hazırki vəziyyəti əks etdirən videonu təqdim edir:

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.