Düşmən atəşkəsi pozdu
99 views
Latest news
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub. APA TV-nin Müdafiə Nazirliyinə (MN) istinadən verdiyi xəbərə görə, Ağdam rayonunun işğal altında olan Kəngərli, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə məruz qalıb.
Comments 0
Sign in to write a comment
No comments yet. Be the first to write one.