EN
Upload video
Dollarla bağlı qərar verildi

This video cannot be played right now.

Dollarla bağlı qərar verildi

2 428 views Latest news
ABŞ-ın Mərkəzi Bankı funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) növbəti dəfə uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlayıb.

"Report” xəbər verir ki, bu barədə nizamlayıcının rəhbərliyinin iclasının nəticəsinə dair məlumatda bildirilir.

Açıq bazar əməliyyatları üzrə komitə federal fondlar faiz nisbətini 0-0,25% səviyyəsində saxlamağa qərar verib və hesab edib ki, əmək bazarındakı şərtlər təxminlərə uyğun səviyyəyə çatana qədər bu aralığın qorunması məqsədəuyğundur.

Xatırladaq ki, Federal Ehtiyat Sistemi 2021-ci ilin 16 iyun iclasında da uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlamışdı.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.