EN
Upload video

“Diqlas”la bağlı komissiya

7 views Latest news
Baş nazir komissiyanın tərkibi ilə bağlı sərəncam imzalayıb

Azərbaycanın Baş naziri Novruz Məmmədov Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiyanın yaradılması barədə sərəncam imzalayıb.sərəncama əsasən, Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar aşağıdakı tərkibdə Komissiya yaradılır:



Komissiyanın sədri

Yaqub Eyyubov – Azərbaycan Respublikası Baş nazirinin birinci müavini



Komissiyanın üzvləri

Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri



Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri



Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadiyyat naziri



Mikayıl Cabbarov – Azərbaycan Respublikasının vergilər naziri



Ramil Usubov – Azərbaycan Respublikasının daxili işlər naziri



Pərviz Şahbazov – Azərbaycan Respublikasının energetika naziri



Zakir Qaralov – Azərbaycan Respublikasının Baş prokuroru



Səfər Mehdiyev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri



Eldar Əzizov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı



Arif Qasımov – Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı



Komissiyaya tapşırılıb ki, hadisənin səbəblərini və hadisə nəticəsində dəymiş maddi ziyanı tam araşdırıb yekun rəyi Nazirlər Kabinetinə təqdim etsin.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.