EN
Upload video

DİN yaılan videoya münasibət bildirib

671 views Latest news
Daxili İşlər Nazirliyi avtomobillərin torpaq yolla Bakını tərk etməsinə dair yayılan görüntülərə münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya bildirib ki, həmin görüntülər ötən gün Bakı-Quba yolunda qeydə alınıb.

E. Zahidov deyib ki, paytaxtın çıxışındakı polis postunda yoxlama ilə əlaqədar yaranmış sıxlığı görən bəzi sürücülər alternativ torpaq yolla şəhərdən çıxmaq istəyiblər: “Lakin qarşıdakı növbəti postda həmin avtomobillər saxlanılaraq Bakıdan çıxmalarına müvafiq icazələrinin olub-olmaması yoxlanılıb. Kimin icazəsi varsa, buraxılıb, icazəsi olmayanlar isə geri qaytarılıb".

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.