EN
Upload video

Din xadimlərinin görüşü keçirilib

9 views Latest news
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə din xadimləri ilə videokonfrans formatında görüş keçirib. Şeyxülislam bildirdi ki, bu ilki Məhərrəm ayını 30 illik Qarabağ həsrətinin sonu, illər boyu dua etdiyimiz zəfər səadəti ilə qarşılayırıq.

Allahşükür Paşazadə son illər ərzində Məhərrəmlik dönəmində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsinin ən münasib əzadarlıq nümunəsi olduğunu bir daha vurğuladı. O qeyd etdi ki, bu il də humanist ənənənin davam etdiriləcək. Pandemiya səbəbindən dindarların qan bankının paytaxtda və bölgələrdəki filiallarında, habelə digər səhiyyə ocaqlarında qan verəcəklərini diqqətə çatdırdı.

Türkiyə dövlətinin yanğınlardan tezliklə xilas olması uçun dualar edən Şeyxülislam A. Paşazadə hər zaman – sevincli və kədərli günlərdə bir olduqları kimi yanğınların qarşısının alınmasında da Azərbaycan xalqının Türkiyə xalqının yanında olduğunu fəxarətlə vurğuladı, yanğınsöndürənlərimizin qardaş ölkədə fədakarlığını xüsusi qeyd etdi.

REAL

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.