Dəhşətli qətl baş verib
651 views
Latest news
Prokurorluq Sumqayıtdakı bıçaqlanma ilə bağlı açıqlama yayıb Avqustun 27-i saat 13 radələrində Sumqayıt şəhəri ərazisində 2000-ci il təvəllüdlü Pərvin Dadaşovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Sumqayıt şəhər prokurorluğundan APA TV-yə verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 2000-ci il təvəllüdlü Səftər Bünyətovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Pərvin Dadaşovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Səftər Bünyətov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Comments 0
Sign in to write a comment
No comments yet. Be the first to write one.