Daha bir tələbə Türkiyədə öldü
238 views
Latest news
Tibb Universitetinin tələbəsi Türkiyədə həlak oldu Fevralın 6-da Türkiyədə baş verən zəlzələdə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinin tələbəsi də həlak olub. Bu barədə Lent.az-a Universitetdən xəbər verilib. Qeyd edilib ki, Universitetin V kurs tələbəsi Nazif Abdulmelik oğlu Toprak da zəlzələ nəticəsində həlak olub. "Bundan əlavə, zəlzələdə faciəli şəkildə həyatını itirən azərbaycanlı tələbələrdən biri - Gündüz Nəzərzadə də ATU-nun məzunu olub. 2021-ci ildə universitetimizin Əczaçılıq fakültəsindən məzun olan G.Nəzərzadə Malatyada İnönü Universitetində magistratura təhsili alırdı" - məlumatda qeyd edilib.
Comments 0
Sign in to write a comment
No comments yet. Be the first to write one.